Bakı. Trend:
ABŞ Türkiyədə Rusiyanın səfiri Andrey Karlovun qətlində əli olmaqda ittihamları ilə əlqədar terror hərəkatının lideri Fəthullah Gülənin ekstradisiyası imkanları barədə qərar qəbul edəcək.
Trend-in məlumatına görə, bunu "TASS"a ABŞ-ın ədliyyə nazirliyinin nümayəndəsi Nikol Navas bildirib.
O əlavə edib ki, ABŞ bu məsələ ilə əlaqədar qərarı Türkiyə hökuməti iş üzrə sənədləri təqdim etdikdən sonra qəbul edəcək: "Biz Türkiyə hökumətinin bu məsələ ilə bağlı bizə verə biləcəyi istənilən materialları nəzərdən keçirəcəyik. Biz ekstradisiya barədə qərarı faktlar əsasında və ABŞ qanunvericiliyinə uyğun olaraq qəbul edəcəyik".