Bakı. Trend:
Türkiyə Afrini Dəməşqin nəzarətinə geri qaytarmalıdır.
Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Nazir qeyd edib ki, bu addım Afrindəki vəziyyətin normallaşması üçün yeganə addımdır.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələrinin PYD, YPG və İŞİD terror qruplaşmalarına qarşı başladığı "Zeytun budağı" əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsi martın 18-də terrorçulardan azad olunub.