Bakı. Trend:
Ankarada Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli ilə NATO baş katibi Yens Stoltenberq arasında görüş başlayıb. Trend-in məlumatına görə, görüşün başlaması barədə Türkiyə Müdafiə Nazirliyi xəbər yayıb.
NATO rəsmisinin bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə də görüşəcəyi gözlənilir.
Qeyd edək ki, görüşlərdə regional məslələr, o cümlədən Suriyadakı son durum, "Zeytun əməliyyatı"nın müzakirəsi nəzərdə tutulub.