...

Ən ideal çimərliklərə sahib ölkələrin ADLARI açıqlanıb

Dünya xəbərləri Materials 1 May 2018 16:14 (UTC +04:00)
Beynəlxalq Ekoloji Tədris Fondu Avropanın ən təmiz çimərliklərinin reytinqini yayımlayıb.
Ən ideal çimərliklərə sahib ölkələrin ADLARI açıqlanıb

Bakı. Trend:

Beynəlxalq Ekoloji Tədris Fondu Avropanın ən təmiz çimərliklərinin reytinqini yayımlayıb.

Trend-in məlumatına görə, ən təmiz çimərliklərin sayına görə İspaniya birinci yerə layiq görülüb. Bu ölkədə 579 çimərlik mavi bayraq əldə edib. İkinci yerdə 466 çimərliklə Yunanıstan qərarlaşıb.

Bundan başqa, Türkiyə, Fransa və İtaliya da ilk beşlikdə yer alıb.

Qeyd edək ki, mavi bayraq çimərliyin təmizliyinə, rahatlığına və əlverişliliyinə görə təqdim olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti