Bakı. Trend:
Pakistanın paytaxtı İslamabadda mayın 3-ü yeni beynəlxalq hava limanı açılacaq.
Trend-in məlumatına görə, bu barədə Pakistanın mülki aviasiya idarəsinin rəhbəri Nadir Şəfi Dar bildirib.
Mülki aviasiya idarəsinin rəhbəri deyib: "İslamabadda yeni beynəlxalq hava limanının uçuş istismarı mayın 3-dən başlayacaq".
Qeyd edək ki, açılışı dəfələrlə təxirə salınan hava limanı ölkənin ən böyük hava limanı olacaq.