...

Kubanın yeni rəhbəri məlum oldu

Dünya xəbərləri Materials 19 Aprel 2018 18:30 (UTC +04:00)
Kuba parlamentində keçirilən səsvermə nəticəsində Migel Dias-Kanel ölkənin yeni rəhbəri seçilib.
Kubanın yeni rəhbəri məlum oldu

Bakı. Trend:

Kuba parlamentində keçirilən səsvermə nəticəsində Migel Dias-Kanel ölkənin yeni rəhbəri seçilib.

Trend-in məlumatına görə, deputatlar onu Dövlət Şurasının sədri vəzifəsinə təsdiq ediblər.

Qeyd edək ki, M.Dias-Kanelin namizədliyi rəsmi şəkildə ötən gün təqdim olunmuşdu.

Bundan əvvəl Migel Dias-Kanel Dövlət Şurası sədrinin birinci müavini vəzifəsində işləyirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti