...

Ərdoğan: Türkiyə üçün təhlükə onun strateji tərəfdaşları tərəfindən irəli gəlir

Dünya xəbərləri Materials 22 Aprel 2018 00:16 (UTC +04:00)
Türkiyə üçün təhlükə onun strateji tərəfdaşları tərəfindən irəli gəlir
Ərdoğan: Türkiyə üçün təhlükə onun strateji tərəfdaşları tərəfindən irəli gəlir

Bakı. Trend:

Türkiyə üçün təhlükə onun strateji tərəfdaşları tərəfindən irəli gəlir.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə prezidenti bildirib: "Biz ABŞ-dan pul ilə silah ala bilmirik, amma təəssüflər olsun ki ABŞ və koalisiya qüvvələri bu silah və sursatı terror qruplaşmalarına pulsuz verirlər. Belə halda təhlükə kimdən irəli gəlir? İlk növbədə, strateji tərəfdaşlardan".

Bundan əlavə Ərdoğan qeyd edib ki, Türkiyənin daxilində və İraqın şimalında son 3 il ərzində 16 650 terrorçu zərərsizləşdirilib.

Xəbər lenti

Xəbər lenti