...

Roma Papası evsizlərə dondurma verib

Dünya xəbərləri Materials 24 Aprel 2018 14:04 (UTC +04:00)
Roma Papası I Fransisk müqəddəs Fransisk gününü Romada yoxsul və evsizlərlə keçirib.
Roma Papası evsizlərə dondurma verib

Bakı. Trend:

Roma Papası I Fransisk aprelin 23-ü müqəddəs Fransisk gününü Romada yoxsul və evsizlərlə keçirib.

Trend-in məlumatına görə, həmin həmçinin Roma katolik kilsəsi müqəddəs Georgi gününü qeyd edir.

Gün ərzində Romadakı xeyriyyə evlərində, ictimai yeməkxanalarda 3 minə yaxın evsizə və yoxsula dondurma verilib.

Xatırladaq ki, 2016-cı ilin avqustunda papa I Fransisk Vatikanda suriyalı qaçqınlarla nahar etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti