...

Tramp da erməniləri məyus etdi - "soyqırımı" demədi

Dünya xəbərləri Materials 25 Aprel 2018 09:49 (UTC +04:00)
ABŞ Prezidenti Donald Tramp 1915-ci il hadisələrindən danışarkən yenə də "soyqırımı" sözünü işlətməyib.
Tramp da erməniləri məyus etdi - "soyqırımı" demədi

Bakı. Fikrət Doluxanov - Trend:

ABŞ Prezidenti Donald Tramp 1915-ci il hadisələrindən danışarkən yenə də "soyqırımı" sözünü işlətməyib.

Bu barədə Trend Ağ Evin saytında dərc olunan Prezident müraciətinə istinadən məlumat verir.

Bununla belə, D.Tramp ötən dəfə olduğu kimi, erməni dilində "böyük faciə" mənasını verən sözdən istifadə edib.

"The Hill" portalı qeyd edir ki, 1981-ci ildən etibarən Barak Obama daxil olmaqla, ABŞ-ın əvvəlki prezidentləri çıxışları zamanı "soyqırımı" sözünü işlətməkdən imtina ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti