...

Çexiyada zəhərli maddə sızdı, 20 nəfəri zəhərlədi

Dünya xəbərləri Materials 26 Aprel 2018 14:26 (UTC +04:00)
Çexiyanın şimal-qərbindəki Deçin şəhərində kimya müəssisələrinin birində fenol toksik maddəsinin sızması nəticəsində 20 nəfər xəsarət alıb.
Çexiyada zəhərli maddə sızdı, 20 nəfəri zəhərlədi

Bakı. Trend:

Çexiyanın şimal-qərbindəki Deçin şəhərində kimya müəssisələrinin birində fenol toksik maddəsinin sızması baş verib.

Trend-in məlumatına görə, fenol toksik maddəsinin sızması nəticəsində 20 nəfər xəsarət alıb. Xəsarət alanlardan iki nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.

Sızmanın fəsadlarının aradan qaldırılması üçün xilasetmə briqadaları cəlb edilib.

Qəzanın necə baş verməsi hələ məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti