...

Conni Deppin mühafizəçiləri aktyoru məhkəməyə veriblər

Dünya xəbərləri Materials 3 May 2018 01:25 (UTC +04:00)
Məşhur aktyor Conni Deppin mühafizəçiləri Yucin Arbeloa və Migel Sançez onu məhkəməyə veriblər.
Conni Deppin mühafizəçiləri aktyoru məhkəməyə veriblər

Bakı. Trend:

Məşhur aktyor Conni Deppin mühafizəçiləri Yucin Arbeloa və Migel Sançez onu məhkəməyə veriblər.

Trend-in TMZ portalına istinadən verdiyi məlumata əsasən, Arbeloa və Sançez 2016-cı ilin əvvəllərindən işə qəbul olunublar. Onların sözlərinə görə, aktyorun ev mühafizəsi tərkibinə daxil olduqdan, Depp onları istismar etməyə başlayıb.

Mühafizəçilər bildiriblər ki, onlar bəzən Deppin narkotik vasitələr daşıdığı avtomobilini idarə etməli, uşaqları ilə oturmalı və hətta aktyoru özünü qeyri-adekvat apardığı zamanlar özündən qorumalı olublar.

Mühafizəçilərin sözlərinə görə, aktyor həmçinin onların bəzən artıq saatlar işlədiklərinə görə maaş verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti