...

Meksikada daha bir şəhər administrasiyasının rəhbəri öldürülüb

Dünya xəbərləri Materials 4 May 2018 05:44 (UTC +04:00)
Meksikanın İdalqo ştatının Pakula şəhərinin meri Alexandro Qonsales Ramos öldürülüb
Meksikada daha bir şəhər administrasiyasının rəhbəri öldürülüb

Bakı. Trend:

Meksikanın İdalqo ştatının Pakula şəhərinin meri Alexandro Qonsales Ramos öldürülüb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, merin öldürülməsindən sonra yerli təhlükəsizlik qüvvələri bu cinayətdə əli olanların axtarışı üçün böyük əməliyyata başlayıblar.

Məlumata əsasən, hazırda heç kim saxlanılmayıb.

Qeyd edək ki, aprel ayında Meksikanın Hilotlan şəhər administrasiyasının rəhbəri Karlos Andrade Maqanya naməlum şəxslər tərəfindən Xalisko ştatının sərhədində güllələnib. Ondan bir neçə gün əvvəl Puebla ştatında Tlanepantla şəhərinin meri Xose Efrain Qarsiya öldürülüb. 2017-ci ildə Miçoakan ştatının Paraço şəhərinin meri Stalin Sançez Qonsales öldürülüb. Bir müddət ondan qabaq isə Puebla ştatının Ueuetlana şəhər administrasiyasının rəhbəri Xose Santamariya Savala öldürülüb. Ötən ilin yul ayında Herrero ştatının Punqarabato şəhərinin meri Ambrosio Soto Duartenin avtomobilinə silahlı şəxslər hücum edərək onu öldürüb.

Xəbər lenti

Xəbər lenti