Bakı. Trend:
Yaponiyanın şimal-qərbində, Naqano prefekturasında 5,1 bal gücündə zəlzələ olub.
Trend-in məlumatına görə, zəlzələ 12 müxtəlif prefekturada hiss olunub. Ocağın dərinliyi 10 km olub.
Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir. Tsunami təhlükəsi elan olunmayıb.