Bakı. Trend:
Türkiyənin Vaşinqtondakı səfiri geri çağırması ABŞ-Türkiyə münasibətlərinin zəifləməsi deyil.
Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Hezer Nauert bildirib.
H.Nauert deyib: "Türkiyənin öz səfirini geri çağırmasında xəbərimiz var. Bu Türkiyənin hüququdur. Mən hesab etmirəm ki, bu bizim Tükiyə höküməti ilə münasibətlərimi ziflədir. Onlar NATO-da vacib tərəfdaş olaraq qalır".
Qeyd edək ki, mayın 15-i Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin ABŞ və İsraildəki səfirlərinin geri çağırdığını bildirib.