Bakı. Trend:
Misirdə Safaqa-Kena yolunda mikroavtobus qəzaya uğrayıb.
Trend-in "Youm7" xəbər portalına istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində 3 nəfər ölüb, daha 8 nəfər xəsarət alıb.
Həkimlərin sözlərinə görə, xəsarət alanların 3-ün vəziyyəti ağırdır. Onlar Xurqadı xəstəxanasına çatdırılıb. Daha 5 nəfər Safaqa şəhərinin xəstəxanasına yerləşdirilib.