Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 3 universitetə rektor təyin edib.
Trend-in Prezidentin mətbuat mərkəzinə istinadən məlumatına görə, Ərdoğan konstitusiyanın 130-cu, 2547 saylı ali təhsil qanununun 13-cü maddələrinə uyğun olaraq 3 universitetə rektor təyin edib
Beləliklə, İhsan Doğramacı Bilkent universitetinin rektoru yenidən Prof. Dr. Abdullah Atalar, İstanbul Gedik universitetinin rektoru Prof. Dr. Zafer Utlu, Özyeğin universitetinin rektoru Prof. Dr. Feride Esra Gençtürk təyin edilib.
Antalya AKEV universitetinin rektoru vəzifəsindən azad edilib. Onun yerinə Prof. Dr. Hayati Aktaş rektor vəzifəsinə təyin olunub.