Bakı. Trend:
İsrail HHQ Fələstin döyüşçülərinin atəşinə cavab olaraq Qəzzanın bombalanmasını bərpa edib.
Trend-in İsrail ordusunun mətbuat xidmətinə istinadən verdiyi məlumata əsasən, qarşılıqlı hücumlar davam edir. Bəzi KİV-lər tərəflərin Misirin vasitəçiliyi ilə atəşkəsə hazırlıq bildirdiklərini qeyd edir.
"İsrail ordusu hal-hazırda Qəzzada fəaliyyətdədir", - deyə ordunun mətbuat xidməti bildirib.
Son dörd ilin ən irimiqyaslı konfrontasiyası nəticəsində hələlik ölən yoxdur. İsrail hərbçilərindən 3-ü yaralanıb.