...

Yaponiyada sərnişin təyyarəsi təcili eniş edib

Dünya xəbərləri Materials 10 İyun 2018 09:17 (UTC +04:00)
Yaponiyada "Peach Aviation" aviaşirkətinə məxsus "Airbus A320" sərnişin təyyarəsi təcili eniş edib.
Yaponiyada sərnişin təyyarəsi təcili eniş edib

Bakı. Trend:

Yaponiyada "Peach Aviation" aviaşirkətinə məxsus "Airbus A320" sərnişin təyyarəsi təcili eniş edib.

Trend-in "Kyodo" agentliyinə istinadən verdiyi məlumata əsasən, təyyarənin mühərrikində nasazlıq aşkar olunub. Təyyarə ölkənin əsas adası Xonsünun şimal-şərqində Senday şəhərinin aeroportunda enib.

Qeyd olunur ki, təyyarənin göyərtəsində 150 sərnişin və ekipaj üzvü olub. Xəsarət alan yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti