...

Şimali Hollivudda atışma olub: 7 yaralı

Dünya xəbərləri Materials 10 İyun 2018 17:41 (UTC +04:00)
ABŞ-ın Los Anceles şəhərinin Şimali Hollivud rayonunda atışma baş verib
Şimali Hollivudda atışma olub: 7 yaralı

Bakı. Trend:

ABŞ-ın Los Anceles şəhərinin Şimali Hollivud rayonunda atışma baş verib.

Trend-in "NBC" telekanalına istinadən verdiyi məlumata görə, atışma yerli vaxtka təxminən saat 01:00-da fərdi evdə şənlik zamanı baş verib.

Atışma nəticəsində 7 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Yaralananlardan 5-nin kişi, 2-nin isə qadın olduğu bildirilir.

İnsidentin digər təfərrüatları açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti