Bakı. Trend:
Bazar günü ABŞ-ın Viskonsin ştatında yüngül təyyarənin düşməsi nəticəsində dörd adam öldü. Verilən məlumata görə, tək mühərrikli Cessna 182 təyyarəsi Çikaqoda havaya qalxdı və Monro vilayətindəki bələdiyyə hava limanına enməliydi.
Planlaşdırılmış enişdən qısa bir müddət əvvəl, təyyarə, bilinməyən səbəbdən, hündürlüyü itirərək hava limanının şimalındakı sahəyə düşdü, sonra isə yanmağa başladı. Hadisə yerinə gələn yanğın söndürənlər ən qısa zamanda yanğının qarşısını almağa nail oldular. Təyyarədə pilot olmaqla dörd nəfər uçurdu. Təyyarədə olanlardan heç kim sağ qalmadı.
ABŞ Federal aviasiya administrasiyası fəlakəti araşdırmağa başlayıb.