Bakı. Trend:
Nikaraquada hökümətə qarşı keçirilən etiraz aksiyalarında ölənlərin sayı 200 nəfərə çatıb.
Trend-in məlumatına görə, bu barədə Nikaraquanın İnsan Hüquqları üzrə Assosiasiyasının katibi Alvaro Leyva bildirib.
Onun özlərinə görə, bu göstərici arta bilər. Lakin Alvaro Leyvanın sözlərinin rəsmi təsdiqi yoxdur.
Qeyd edək ki, Nikaraquada etiraz aksiyaları aprelin 18-dən hakimiyyətin təklif etdiyi islahatlar fonunda başlayıb. Ölkə prezidenti Daniel Orteqo sözügedən islahatı ləğv edib.
BMT-nin insan hüquqları üzrə Ali komissarının idarəsi daha əvvəl Nikaraquada hökumət əleyhinə etirazlar zamanı ölən və yaralananların artması ilə əlaqədar narahatlığını bildirib.