Bakı. Trend:
Yaponiyanın Osaka prefekturasında baş verən zəlzələ nəticəsində 3 nəfərin ölümü təsdiqlənib.
Trend-in "Kyodo"ya istinadən verdiyi məlumata görə, ölənlər arasında Takatsuki şəhərində aşan divarın altında qalıb həlak olan 9 yaşlı qızında olduğu bildirilir.
"NHK" telekanalının məlumatına əsasən isə, zəlzələ nəticəsində 2 nəfər həlak olub, 37 nəfər yaralanıb.
Qeyd edək ki, Yaponiyanın Osaka prefekturasında 6,1 bal gücündə zəlzələ baş verib.