Bakı. Trend:
Monqolustanın şimal-qərbində 4,5 bal gücündə zəlzələ baş verib.
Trend-in İnterfaks-a istinadən verdiyi məlumata əsasən, zəlzələ Moskva vaxtı ilə 02:40-da baş verib. Zəlzələ episentri Rusiya ilə sərhəddən 30 km aralıda yerləşib.
Xəsarət alanlar barədə məlumat verilmir.