...

Dövlət Departamenti KXDR-nın fəaliyyətini diqqətlə izləyir

Dünya xəbərləri Materials 4 İyul 2018 02:17 (UTC +04:00)
ABŞ Koreya Xalq Demokratik Respublikasının (KXDR) fəaliyyətini diqqətlə izləyir
Dövlət Departamenti KXDR-nın fəaliyyətini diqqətlə izləyir

Bakı. Trend:

ABŞ Koreya Xalq Demokratik Respublikasının (KXDR) fəaliyyətini diqqətlə izləyir.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert bildirib.

H.Nauert qeyd edib ki, o jurnalistlərlə məxfi informasiya ilə bağlı məsələləri müzakirə etməyəcək.

Xatırladaq ki, daha əvvəl KİV bildirib ki, ABŞ kəşfiyyatı hesab edir ki, Şimali Koreya son aylarda müxtəlif gizli obyektlərdə nüvə silahı üçün yanacaq istehsalını artırıb və bu faktı gizlətməyə çalışacaq.

Qeyd edək ki, ABŞ Dövlət Katibi Mayk Pompeo 5-7 iyul Phenyana səfər edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti