...

Çində Trampı tənqid etmək qadağan olundu

Dünya xəbərləri Materials 4 İyul 2018 12:51 (UTC +04:00)
Çində kütləvi informasiya vasitələrinə ABŞ Prezidenti Donald Trampı kəskin tənqid etməmək tapşırılıb
Çində Trampı tənqid etmək qadağan olundu

Bakı. Trend:

Çində kütləvi informasiya vasitələrinə ABŞ Prezidenti Donald Trampı kəskin tənqid etməmək tapşırılıb.

Trend-in məlumatına görə, bu barədə KİV-lərə Çin hökumətinin təlimatı ünvanlanıb.

Qeyd olunur ki, mətbuat orqanlarına ABŞ-la Çin arasında başlamış “ticarət müharibəsi” barədə şərhlər vermək və D.Trampın “sərt fikirlərini” yaymaq da qadağan edilib.

Xatırladaq ki, Donald Tramp bir müddət əvvəl Çindən olunan idxala rüsumların 25 faiz artırılması barədə qərar vermişdi. Bu addım iki ölkə arasında “ticarət müharibəsi”nin başlanğıcı hesab olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti