...

Mettis Brüsseldə NATO-nun sammitində iştirak edəcək

Dünya xəbərləri Materials 7 İyul 2018 03:16 (UTC +04:00)
Pentaqonun rəhbəri Ceyms Mettis iyulun 11-12-si Brüsseldə keçiriləcək NATO-nun sammitində iştirak edəcək
Mettis Brüsseldə NATO-nun sammitində iştirak edəcək

Bakı. Trend:

Pentaqonun rəhbəri Ceyms Mettis iyulun 11-12-si Brüsseldə keçiriləcək NATO-nun sammitində iştirak edəcək.

Trend-in məlumatına görə, bu barədə ABŞ müdafiə nazirliyinin mətbuat-xidmətindən bildiriblər.

Ceyms Mettis NATO-nun sammitindən sonra ABŞ-ın cənub-şərq Avropaya dəstəyini vurğulamaq üçün Xorvatiyanın Zaqreb şəhərində Amerika-Adriatik xartiyasının müdafiə nazirləri ilə görüşəcək.

Bundan sonra, C.Mettis Norveçin Oslo şəhərində ölkənin müdafiə naziri Frank Bakke-Ensen və xarici işlər naziri İn Eriksen Söreyde ilə görüşəcək.

ABŞ müdafiə nazirinin Avropaya səfəri iyulun 10-u başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti