...

Türkiyədə nazirliklərin birləşdirilməsinə başlandı

Dünya xəbərləri Materials 9 İyul 2018 17:11 (UTC +04:00)
Türkiyədə nazirliklərin birləşdirilməsinə başlandı.
Türkiyədə nazirliklərin birləşdirilməsinə başlandı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə prezident idarə üsuluna keçidlə əlaqədar bir sıra nazirliklər birləşdirilib.

Bu barədə Trend "Resmi Gazete"yə istinadən məlumat verir.

Qeyd olunur ki, ilk mərhələdə Əmək Nazirliyi ilə Ailə İşləri və Sosial Siyasət Nazirliyi birləşdirilib.

Yeni qurum Əmək, Sosial Xidmətlər və Ailə Nazirliyi adı altında fəaliyyət göstərəcək.

Həmçinin Maliyyə Nazirliyinin adı dəyişdirilərək Xəzinədarlıq və Maliyyə Nazirliyi olub.

Xatırladaq ki, Türkiyə Nazirlər Kabinetinin tabeliyində 25 qurum var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti