...

Rusiyada tramvaylar toqquşdu - Yaralılar var

Dünya xəbərləri Materials 17 İyul 2018 19:00 (UTC +04:00)
Yekaterinburq şəhərində iki tramvay toqquşub.
Rusiyada tramvaylar toqquşdu - Yaralılar var

Bakı. Trend:

Yekaterinburq şəhərində iki tramvay toqquşub. Trend-in məlumatına görə, qəza ilə bağlı xəbəri Yekaterinburq Tramvay-Trolleybus İdarəsi təsdiq edib.

Məlumata görə, qəza nəticəsində 2 nəfər xəsarət alıb.

Xəsarət alanlardan birinin konduktor, digərinin isə sərnişin olduğu bildirilir.

Qəzadan sonra hərəkət zolağında tıxac yaranıb. Hər iki tramvayın ciddi zədələndiyi bildirilir.

Qəzanın baş vermə səbəbləri hələ məlum deyil. Fakt araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti