...

Meksikada sərnişin təyyarəsi qəzaya uğraması nəticəsində ölən olmayıb (FOTO) (YENİLƏNİB)

Dünya xəbərləri Materials 1 Avqust 2018 03:20 (UTC +04:00)
Meksikanın Duranqo ştatında baş verən təyyarə qəzasında ölən olmayıb.
Meksikada sərnişin təyyarəsi qəzaya uğraması nəticəsində ölən olmayıb (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Meksikanın Duranqo ştatında baş verən təyyarə qəzasında ölən olmayıb.

Trend-in məlumatına görə, bunu ştatın qubernatoru Xose Rosas Aispuro özünün "Tvitter" hesabında yazıb.

"Təstiqlənir ki, AM2431 reysinin qəzaya uğraması nəticəsində heç kim ölməyib", - deyə Aispuro yazıb.

Bununla belə, qeyd olunur ki, təyarədə olan 101 nəfərdən 85-i xəsarətlər alıb. Bu məlumatı regionun mülki müdafiə idarəsinin nümayəndəsi Alexandro Kardoso təsdiqləyib.

02:48

Meksikada "Aeromexico" aviaşirkətinin sərnişin təyyarəsi qəzaya uğrayıb.

Trend-in "Associated Press" agentliyinə istinadən verdiyi məlumata əsasən, hadisə ölkənin Duranqo ştatında baş verib. Təyyarənin göyərtəsində 101 nəfərin olduğu bildirilir.

Ştatın mülki müdafiə xidməti bildirir ki, qəza Duranqo şəhərinin aeroportu yaxınlığında baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti