...

Kamçatkanın qərb sahilində 5,1 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 6 Avqust 2018 05:48 (UTC +04:00)
Oxot dənizinin akvatoriyasında, Kamçatka yarımadasının sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.
Kamçatkanın qərb sahilində 5,1 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Oxot dənizinin akvatoriyasında, Kamçatka yarımadasının sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata əsasən, zəlzələnin episentri 83 km dərinlikdə olub. Təbii fəlakətin enerji sinfi 11,8 təşkil edib.

Zəlzələ nəticəsində xəsarət alan yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti