...

İtaliyada partlayışda xəsarət alanların sayı 70-ə çatıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 6 Avqust 2018 20:05 (UTC +04:00)
İtaliyanın Bolonya şəhərində yanacaq daşıyan maşının qəzya uğraması nəticəsində partlayış baş verib
İtaliyada partlayışda xəsarət alanların sayı 70-ə çatıb (YENİLƏNİB)

Bakı. Orxan Nəbiyev - Trend:

İtaliyanın Bolonya şəhərində yanacaq daşıyan maşının qəzaya uğraması nəticəsində baş verən partlayışda xəsarət alanların sayı 67-ə çatıb.

Trend-in məlumatına görə, iki nəfərin ölümü ilə bağlı yayılmış xəbər təsdiqini tapmayıb.

Qeyd edək ki, hadisə Bolonya aeroportunun yaxınlığında baş verib. Partlayışın aeroportun işinə təsir etmədiyi bildirilir.

X X X

17:39

İtaliyanın Bolonya şəhərində yanacaq daşıyan maşının qəzaya uğraması nəticəsində partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 20 nəfər xəsarət alıb.

Qeyd olunur ki, avtosistern digər avtomobillə toqquşduqdan sonra aşıb və yanmağa başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti