...

Türkiyə üçüncü AES-i Çinlə birgə tikəcək

Dünya xəbərləri Materials 9 Avqust 2018 10:12 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Avropa hissəsində - Frakiyada tikilməsi planlaşdırılan üçüncü atom elektrik stansiyası layihəsi Çinlə birgə reallaşdırılacaq.

Trend-in məlumatına görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz deyib.

O bildirib ki, hələlik AES-in tikiləcəyi yer müəyyən edilməyib:

“Türkiyədə ən çox elektrik enerjisi İstanbul və Mərmərə regionunda istehlak olunur. Ona görə də AES-in tikintisi üçün ən optimal yer olaraq Frakiyanı görürük. Mühəndis işlərindən sonra dəqiq yer müəyyənləşdiriləcək”.

Nazir qeyd edib ki, Çin AES tikintisini ən fəal həyata keçirən ölkələrdən biridir:

“Bundan başqa, onlar texnologiyanın təhvil verilməsi məsələsində açıqdırlar. Ona görə də üçüncü AES-in Çinlə birgə tikəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti