...

Fransada güclü yağışlar səbəbindən 1600-ə yaxın insan təxliyə edilib

Dünya xəbərləri Materials 10 Avqust 2018 04:14 (UTC +04:00)
Fransanın cənubunda güclü yağışlar səbəbindən 1600-ə yaxın insan təxliyə edilib
Fransada güclü yağışlar səbəbindən 1600-ə yaxın insan təxliyə edilib

Bakı. Trend:

Fransanın cənubunda güclü yağışlar səbəbindən 1600-ə yaxın insan təxliyə edilib.

Trend-in məlumatına görə, insanların təxliyəsi Drom, Ardeş və Qar departamentlərində həyata keçirilib. Təxliyə əməliyyatlarında 400-dən artıq yanğınsöndürən və jandarm iştirak edib.

Təxliyə edilmiş insanların 119-u Sen-Jülyen-de-Peyrola kommunasında yerləşən yay düşərgəsində olan uşaqlardır. Uşaqların Almaniyadan dincəlməyə gəldiyi bildirilir. Düşərgənin rəhbərlərindən biri itkin düşüb.

Xəbər lenti

Xəbər lenti