...

ABŞ-ın şimal-qərbində 6,3 bal zəlzələ baş verib

Dünya xəbərləri Materials 22 Avqust 2018 15:06 (UTC +04:00)
ABŞ-ın şimal-qərbindəki Oreqon ştatı sahillərində Rixter cədvəli ilə 6,3 bal gücündə zəlzələ baş verib
ABŞ-ın şimal-qərbində 6,3 bal zəlzələ baş verib

Bakı. Trend:

ABŞ-ın şimal-qərbindəki Oreqon ştatı sahillərində Rixter cədvəli ilə 6,3 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, zəlzələnin episentri Bandon şəhərindən 294 kilometr qərbdə qeydə alınıb.

Yeraltı təkanlar 12 kilometr dərinlikdə baş verib.

Hadisə nəticəsində fəsadlar və ya itkilərin olub-olmaması barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti