...

Angela Merkel Gürcüstandadır

Dünya xəbərləri Materials 23 Avqust 2018 16:16 (UTC +04:00)
Almaniya kansleri Angela Merkel Gürcüstana rəsmi səfərə gəlib.
Angela Merkel Gürcüstandadır

Bakı. Trend:

Almaniya kansleri Angela Merkel Gürcüstana rəsmi səfərə gəlib.

Trend-in məlumatına görə, bu, onun Gürcüstana ilk rəsmi səfəridir. A. Merkel Gürcüstan paytaxtında 10 il əvvəl qısa səfərdə olub.

Kanslerin təyyarəsi Tiflisin Şota Rustavelli aeroportuna planlaşdırılmış vaxtdan 15 dəqiqə tez enib.

Bu gün A.Merkel Gürcüstanın baş naziri Mamuka Baxtadze, daha sonra isə prezident Georgi Marqvelaşvili ilə görüşəcək. Sabah isə kanslerin ölkənin müxalifət partiyaları və tələbələrlə görüşü planlaşdırılır.

Qeyd edək ki, A.Merkel Cənubi Qafqaza səfəri çərçivəsində avqustun 25-də Azərbaycana gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti