...

Tramp: İndi Çinlə ticarət danışıqları üçün münasib vaxt deyil

Dünya xəbərləri Materials 28 Avqust 2018 05:15 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp hesab edir ki, hazırda Çinlə ticarət problemlərinin həlli üzrə danışıqlar üçün münasib vaxt deyil
Tramp: İndi Çinlə ticarət danışıqları üçün münasib vaxt deyil

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp hesab edir ki, hazırda Çinlə ticarət problemlərinin həlli üzrə danışıqlar üçün münasib vaxt deyil.

Trend-in məlumatına görə, D.Trapm bu barədə Meksika ilə yeni ticarət sazişi bağlanması perspektivlərinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

D.Tramp bildiirb: "Bildiyiniz kimi biz bununla bağlı olmayan (Meksika ilə saziş) bir çox fərqli şey üzərində işləyirik. Biz başqa ölkələrdə çox işləyirik və Çin onlardan biridirş Onlar danışıqlar aparmaq istəyir, lakin hazırda bunun üçün münasib vaxt deyil".

Prezident əlavə edib ki, gec-tez Vaşinqton və Pekin arasındakı fikir ayrılıqlarını nizamlamaq mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti