...

Çində zəlzələ nəticəsində xəsarət alanların sayı 26-a çatıb

Dünya xəbərləri Materials 9 Sentyabr 2018 09:38 (UTC +04:00)
Çində 5,9 bal gücündə baş verən zəlzələ nəticəsində ən azı 26 nəfər xəsarət alıb. Zəlzələ ölkənin Yunnan vilayətində baş verib.
Çində zəlzələ nəticəsində xəsarət alanların sayı 26-a çatıb

Bakı. Trend:

Çində 5,9 bal gücündə baş verən zəlzələ nəticəsində ən azı 26 nəfər xəsarət alıb. Zəlzələ ölkənin Yunnan vilayətində baş verib.

Trend-in məlumatına görə, bu barədə zəlzələ fəsadları ilə yerli mübarizə qərargahı məlumat yayıb.

Qərargahın məlumatına görə, hadisə yerli vaxtla sentyabrın 8-i 10:31-də baş verib: "4964 nəfər dağıntılar ərazisindən təhlükəsiz yerlərə köçürülüb. Ümumilikdə zəlzələdən "müxtəlif dərəcələrdə" 29398 nəfər zərər çəkib. Həmçinin zəlzələ nəticəsində 34 məktəb dağılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti