...

Nazarbayev Türkiyəyə gedir - Səfərin MƏQSƏDİ?

Dünya xəbərləri Materials 12 Sentyabr 2018 17:20 (UTC +04:00)
Nazarbayev Türkiyəyə sentyabrın 12-13-də prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə səfər edəcək.
Nazarbayev Türkiyəyə gedir - Səfərin MƏQSƏDİ?

Bakı. Rufiz Hafizoğlu - Trend:

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkiyəyə səfər edəcək. Trend-in məlumatına görə, səfər barədə xəbəri Türkiyə prezidentinin Aparatı yayıb.

Məlumatda qeyd edilir ki, N.Nazarbayev Türkiyəyə sentyabrın 12-13-də prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə səfər edəcək.

Məlumata görə, səfər zamanı iki ölkə arasında münasibətlərin inkişafı, eləcə də regional məsələlər müzakirə ediləcək.

Prezident Aparatının məlumatında qeyd edilir: "İki ölkə prezidenti eləcə də Qazaxıstan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasında iştirak edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti