...

"Apple" yeni iPhone modellərini təqdim edib (FOTO)

Dünya xəbərləri Materials 12 Sentyabr 2018 23:39 (UTC +04:00)
Kaliforniyada yeni "Apple" məhsullarının təqdimatı keçirildi.
"Apple" yeni iPhone modellərini təqdim edib (FOTO)

Bakı. Tural Turan - Trend:

Kaliforniyada yeni "Apple" məhsullarının təqdimatı keçirildi.

Trend-in məlumatına görə, daha sonra iPhone modelləri barədə danışan aparıcı bildirib ki, dünyanın 1 nömrəli smartfonuna çevrilən X modelinin alıcılarının 98 faizi telefondan razı qalıb.

iPhone-nun 3 yeni modeli təqdim olunub. iPhone Xs, iPhone X Max və iPhone Xr. Bu modellər bir-birlərindən ölçülərinə, ekran keyfiyyətlərinə, qiymətlərinə görə fərqlənirlər. iPhone Xs və iPhone X Max telefonlarında OLED ekranından istifadə olunsa da, iPhone Xr-in ekranı LCD-dir. Şirkətdən bildirilib ki, iPhone Xr telefonunda ilk dəfə olaraq LCD ekran edge-to-edge şəklində qurulub.

iPhone Xr modelinin qiyməti digərlərinə nisbətən ucuz olacaq. Onun müxtəlif-sarı, göy, qırmızı, narıncı və başqa rəngləri istehsal olunub. Model A12 bionik sistemi ilə təchiz olunub. Tək 12 meqapiksellik arxa, 7 meqapiksellik ön kameraya malikdir. Portret rejimindən istifadə etmək mümkündür.

Xs modelini təqdim etmək üçün səhnəyə Fil Şiller çıxıb. O, telefonun paslanmaz dəmirdən hazırlandığını söyləyib. 3 rəngdə (qızıl, gümüşü, səmavı boz) satışa çıxarılacaq smartfon suya dayanıqlı olacaq. Hətta bildirilib ki, telefon hovuzun dibində belə işləyir. 5.8-inch OLED ekrana sahibdir.

Xs Max modeli 6.5 inç Oled ekranə malikdir. Ölçüsü təxminən iPhone 8 boydadır. 512 gb-lıq yaddaşı olan versiyası da istehsal olunub. İki kameralıdır. Arxa kameraların hər ikisi 12 meqapikseldir.

Daha sonra iPhone X modeli ilə çəkilən foto monitorda göstərilib və bildirilib ki, bu fotodan Time jurnalının üz qabığında istifadə olunub.

Enerji saxlama müddətinə gəldikdə isə Xs X-dən yarım saat, X Max isə 1 saat çox enerji saxlayacaq. Bu isə iPhone modelləri üçün çox da böyük yenilik sayılmaz.

Ən böyük yenilik sim kartlarla bağlıdır. Belə ki, artıq iPhone modelləri də iki nömrəli olacaq. Lakin, telefona bir sim kart daxil olunacaq. Digəri isə elektron nömrədir və zəngin hansı nömrəyə gəlməsi ilə bağlı ekranda bildiriş görünəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti