...

ABŞ Rusiyanın daha 12 şirkətinə qarşı sanksiya tətbiq etdi

İqtisadiyyat Materials 26 Sentyabr 2018 16:15 (UTC +04:00)
ABŞ Ticarət Nazirliyi Rusiyanın 12 şirkətinə qarşı sanksiya tətbiq olunması barədə qərar qəbul edib
ABŞ Rusiyanın daha 12 şirkətinə qarşı sanksiya tətbiq etdi

Bakı. Trend:

ABŞ Ticarət Nazirliyi Rusiyanın 12 şirkətinə qarşı sanksiya tətbiq olunması barədə qərar qəbul edib.

Trend-in məlumatına görə, bu şirkətlərin fəaliyyəti Vaşinqtonun maraqlarına zidd olduğu üçün bu qərar qəbul edilib.

Sanksiyaya məruz qalan şirkətlər əsasən elmi-texniki sahələrdə fəaliyyət göstərən müəssisələrdir.

Qeyd olunur ki, bu şirkətlərə ABŞ məhsullarını almaq qadağan ediləcək.

Sanksiyanın müddəti barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti