...

Rusiya və Hindistan "İndra" antiterror təlimləri keçirəcəklər

Dünya xəbərləri Materials 3 Oktyabr 2018 10:55 (UTC +04:00)
Rusiya və Hindistan "İndra" antiterror təlimləri keçirəcəklər.
Rusiya və Hindistan "İndra" antiterror təlimləri keçirəcəklər

Bakı. Trend:

Rusiya və Hindistan "İndra-2018" adı altında birgə antiterror təlimləri keçirəcəklər.

Trend-in məlumatına görə, 18-28 noyabr tarixlərini əhatə edəcək təlimlər Hindistanın Uttar Pradeş ştatının Babina yaşayış məntəqəsinin yaxınlığındakı poliqonda təşkil ediləcək.

Rusiya tərəfdən təlimlərə Primorsk diyarında dislokasiya olunmuş Şərqi hərbi dairənin motoatıcı birləşməsinin təqribən 250 hərbi qulluqçusu cəlb olunacaq.

Xatırladaq ki, "İndra" Rusiya-Hindistan antiterror təlimləri 2003-cü ildən keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti