...

Texasda məktəb avtobusu qəzaya uğrayıb

Dünya xəbərləri Materials 4 Oktyabr 2018 06:06 (UTC +04:00)
Qəza nəticəsində 1 uşaq ölüb, 3 nəfər xəsarət alıb
Texasda məktəb avtobusu qəzaya uğrayıb

Bakı. Tural Turan - Trend:

Məktəb avtobusu Texasın şimalında qəzaya uğrayıb. Trend-in məlumatına görə, qəza nəticəsində 1 uşaq ölüb, 3 nəfər xəsarət alıb.

42 məktəbli olan avtobus fənər dirəyinə çırpılıb və aşıb. Elektrik naqilləri nəqliyyat vasitəsini alışdırıb. Yanğınsöndürən və polislər hadisə yerində 1 uşağın ölüsünü aşkar edib. Daha 3 məktəbli, sürücü və 3 müəllim sağlamlığa təhlükə yaratmayan yaralarla xəstəxanaya çatdırılıb.

Qəza Dallasın şərqində, Meskitedə baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti