...

Rusiyada neft emalı zavodunda yanğın olub

Dünya xəbərləri Materials 17 Oktyabr 2018 10:37 (UTC +04:00)
Rusiyada neft emalı zavodunda yanğın olub.
Rusiyada neft emalı zavodunda yanğın olub

Bakı. Trend:

Rusiyanın Samara şəhərində neft emalı zavodunda yanğın olub.

Trend-in məlumatına görə, Kuybışev neft emalı zavodundakı qurğulardan birində baş qaldıran yanğın 100 kvadratmetr sahəni əhatə edib.

İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.

Müəssisədə texnoloji prosesin pozulmadığı bildirilir.

Ümumilikdə 55 nəfər və 18 texnika yanğınla mübarizəyə cəlb olunub.

Hadisənin səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti