Bakı. Trend6
ABŞ Türkiyəyə qarşı pastor Endrü Bransonla əlaqəli tətbiq edilmiş sanksiyalar barədə yaxın zamanda qərar qəbul edəcək.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo Türkiyəyə səfəri zamanı jurnalistlərə bildirib.
M.Pompeo deyib: "Yaxln zamanda biz qərar qəbul edəcəyik. Hazırda onları ləğv etmək məntiqli olardı, amma son qərar hələki qəbul edilməyib. Mən bunu prezident ilə müzakirə etməliyəm".