...

İordaniyada daşqınlar nəticəsində xarici turistlər itkin düşüb

Dünya xəbərləri Materials 26 Oktyabr 2018 05:15 (UTC +04:00)
İordaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində xarici turistlər itkin düşüb
İordaniyada daşqınlar nəticəsində xarici turistlər itkin düşüb

Bakı. Trend:

İordaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində xarici turistlər itkin düşüb.

Trend-in məlumatına görə, mənbələr "Ammon" agentliyinə bildirib ki, bir neçə yerli sakini və turisti sel suları aparıb.

Yerli sakinlərin və turistlərin itkin düşməsi ilə əlaqədar alınan məlumat əsasında axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.

Qeyd edək ki, ötən gün İordaniyada güclü yağışlar səbəbindən körpü uçub. Məktəbliləri daşıyan avtobus hadisə nəticəsində suya aşıb və 18 əksəriyyəti uşaq olmaqla 18 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti