Bakı. Trend:
Meksikanın Xalisko ştatının ərazisində gizli məzarlıq aşkar edilib.
Trend-in məlumatına görə, gizli məzarlıqda 16 kişi və 3 qadın cəsədi aşkar edilib. Bundan əlavə ayrılıqda 2 nəfərin qalıqları aşkarlanıb.
Bildirilir ki, bütün bu insanlar 4 ay əvvəl ölüb.
Qeyd edək ki, bu cür dəhşətli tapıntılar Meksikada adi haldır, daha əvvəl gizli məzarlıqlar Xalisko, Herrero, Verakrus, Morelos və digər ştatlarda da aşkar edilib. Adətən cinayətkarlar narkomafiya müharibələrində öldürülmüş insanların meyitlərini belə gizlədirlər.