...

Belarusda iki minik avtomobili toqquşub, ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 28 Oktyabr 2018 09:47 (UTC +04:00)
Belarusun Minsk şəhərində iki minik avtomobili toqquşub
Belarusda iki minik avtomobili toqquşub, ölənlər və yaralananlar var

Bakı. Trend:

Belarusun Minsk şəhərində iki minik avtomobili toqquşub.

Trend-in "BELTA"ya istinadən verdiyi məlumata görə, "Mazda" və "Volksvagen" minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb.

Səhiyyə nazirliyinin mətbuat katibi Yuliya Borodunun sözlərinə görə, həlak olanlar arasında 2 uşaq olub.

İlkin məlumata əsasən, qəza "Mazda" avtomobilinin hərəkətin qarşə istiqamətinə çıxması səbəbindən baş verib. Qəzayla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti