Bakı. Trend:
İspaniyanın Quadiks bələdiyyəsində (Qranada əyaləti, Andalusiya müstəqil birliyi) pirotexnika fabrikasında partlayış baş verib.
Trend-in məlumatına görə, partlayış zamanı fabrikada 6 nəfər olub, onlardan 3-ü partlayış nəticəsində həlak olub, digərləri isə xəsarət almayıb.
Partlayış yerində Mülki qvardiya, polis və tibb əməkdaşları işləyir.