...

İranda "sikkə sultanı" edam edildi

Dünya xəbərləri Materials 14 Noyabr 2018 13:11 (UTC +04:00)
İranda "sikkə sultanı" kimi tanınmış Vahid Məzlümi edam edilib
İranda "sikkə sultanı" edam edildi

Bakı. Trend:

İranda "sikkə sultanı" kimi tanınmış Vahid Məzlümi edam edilib.

Trend-in məlumatına görə, 58 yaşlı V.Məzlümi haqqında edam qərarı ötən ayın sonunda Ali Məhkəmə tərəfindən verilmişdi.

Qeyd edək ki, V.Məzlümi və dəstəsi barədə iş sentyabrın 17-də başlayıb. Dəstə valyuta və qızıl sikkə alverində ittiham olunub.

V.Məzlümi bir il müddətində öz köməkçiləri vasitəsilə 2 ton həcmində qızıl külçələr və sikkələr yığıb. Daha sonra isə həmin şəxs topladıqlarını satmağa çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti