...

İsraildə 40 həkim və əczaçı saxlanılıb: Ermənistanda saxta diplom almaqda şübhəli bilinirlər

Dünya xəbərləri Materials 2 Dekabr 2018 17:04 (UTC +04:00)
Bu gün səhər saatlarında İsrail polisi ölkənin Səhiyyə Nazirliyindən Ermənistanda verilmiş saxta diplomlar əsasında lisenziya almaqda şübhəli bilinən 40 həkim və əczaçını saxlayıb.
İsraildə 40 həkim və əczaçı saxlanılıb: Ermənistanda saxta diplom almaqda şübhəli bilinirlər

Bakı. Trend:

Bu gün səhər saatlarında İsrail polisi ölkənin Səhiyyə Nazirliyindən Ermənistanda verilmiş saxta diplomlar əsasında lisenziya almaqda şübhəli bilinən 40 həkim və əczaçını saxlayıb.

Trend-in İsrail KİV-lərinə istinadən verdiyi məlumata əsasən, həmin insanlar Ermənistan universitetin tibb və əczaçılıq fakültələrində təhsil alıblar: "Onlar Səhiyyə Nazirliyinə mütəxəssis diplomlarını təqdim ediblər, halbuki, əslində orada qısa müddət ərzində təhsil alıblar və imtahanları tam verməyiblər".

Qeyd olunur ki, polis əməkdaşları araşdırmaya anonim şikayətdən sonra başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti